SƏRRAF ƏRƏB

1. Pul dəyişdirən, pul xırdalayan.

2. Qiymətli şeylər taciri.

3. Məcazi mənada: tez başa düşən, arif, bilici.

Sərrafın dəstində nə danə gördüm,

Mürğün dəhanında nə danə gördüm,

                                                        (“Əmrah”)

                                  *

Heyranam qaşa, gözə,

O sərraf kamala, gəlin.

Səni görən kimsənə

Tez gələr zavala, gəlin.

      (“Mahmud-Niyar xanım”)

                                  *

Qırmızı geyib əmr elədi ki, Musaxan vəzir və sərraflar sabah meydana çıxsınlar, onlara ənam verəcəyəm. (“Heydər bəy”)

SƏRPƏ-SƏRPƏ
SƏRTAC FARS
OBASTAN VİKİ
Sərraf
Sərraf — təxəllüs.
Sərraf Cəfərov
Sərraf Cəfərov — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Sərraf Zaman oğlu Gədəbəy rayonunun Çobankənd kəndində 1975-ci ildəanadan olub. Çobankənd orta məktəbini bitirib. 1993-cü ildə Ermənistanlasərhəddə hərbicilərə kömək edərkən ermənilər tərəfindən odlu silahla qətlə yetirilmişdir.
Sərraf Məmmədov
Sərraf Məmmədov (10 fevral 1965, Mandılı, Füzuli rayonu – 4 aprel 2020, İvanovo) — Rusiyanın İvanovo şəhər Dumasının deputatı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İvanovo regional şöbəsinin rəhbəri, "Tərəqqi" medalı laureatı. == Həyatı və Fəaliyyəti == Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində doğulmuşdur. İlk təhsilini Füzuli rayonunun Pirəhmədli kəndində alıb. 1983-cü ildə Yaroslav vilayətinin Rıbinsk şəhərində hərbi xidmətdə olub. Hərbi hissənin zəmanəti ilə İvanovo İnşaat-Mühəndisləri İnstitutuna oxumağa göndərilib. İnstitutu bitirənə qədər tikinti materialları və məmulatlarının texnologiyası kafedrasında əvvəlcə tədris ustası kimi, bir müddət sonra isə həmin kafedrada laboratoriya müdiri kimi fəaliyyət göstərib. Sərraf Məmmədov buranı bitirdikdən sonra təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasında davam etdirir.Sərraf Məmmədov Akademiyada oxuduğu vaxtlarda idmanla da məşğul olmuşdur. 1991-ci ildən qara kəmər sahibi, 1992-ci ildən isə əlbəyaxa döyüş üzrə Rusiya çempionu olmuşdur.1990-cı illərin əvvəllərindən etibarən kiçik ticarətlə sahibkarlıq fəaliyyətinə başlayan Sərraf Məmmədov daha sonralar istehsal sahəsinə keçmişdir. 1993-cü ildə İvanovo şəhərində yaradılmış “Azərbaycan” cəmiyyətinin sədr müavini olmuşdur. 2002-ci ildə S.Məmmədov “İki saylı yük maşınları avtonəqliyyat müəssisəsi” ASC-nin təsisçilərinin tərkibinə daxil oldu və müəssisənin direktorlar şurasının sədri seçildi.“Azərbaycan” cəmiyyəti sayəsində Azərbaycan milli mədəniyyəti və dəyərləri İvanovo şəhərində layiqincə təmsil edilmişdir.
Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi == Həyatı == === Uşaqlıq illəri === Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür. === Təhsili === Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur. Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. === Əmək fəaliyyəti === Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Sərraf İmaməliyev
Sərraf Murtuzəli oğlu İmaməliyev (10 sentyabr 1996, Əniq, Qusar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərraf İmaməliyev 1996-cı il sentyabrın 10-da Qusar rayonunun Əniq kəndində anadan olub. 2014—2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sərraf İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərraf İmaməliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərraf İmaməliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərraf İmaməliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərraf İmaməliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərraf İmaməliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Sərraf Şiruyə
Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı. == Həyatı == Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib. == Təltifləri == Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H. B. Zərdabi" mükafatları laureatıdır. 15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir. == Yaradıcılığı == Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir. Şairin ictimai-siyasi, lirik şeirləri pərəstişkarlarının dillər əzbəri olmuşdur.Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Hacı Rza Sərraf
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1106 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın)DigərƏrəblər — Asiyada millət.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəb jasmini
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. == Arxa plan == Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.
арт-ро́к глоттого́ния искарио́тство насумасбро́дить прове́тривать расто́ргнуться реинкарнацио́нный ура́-патриоти́ческий бу́ханье позити́вный прия́тель реорганиза́ция таталуй триолет argotic bronchial tubes carbonize controlled gunpowder-engine layette mixable multifaceted protogalaxy undiscovered прижечь